Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Bakı şəhər əsaslı tikinti və təmir" MMC Suraxanı rayonunda yeni məktəb binasının tikintisinə "GM Construction" MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə Suraxanı rayonunun Əmircan qəsəbəsində 1,752 min şagird yerlik yeni korpusların tikintisi üçün 87 nömrəli orta məktəbin köhnə binasının sökülməsini nəzərdə tutan müqavilə bağlanıb.
Müqavilənin dəyəri 2 milyon 494,061 min manatdır.*
X.Nəsirzadə