Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti subartezian quyularının xarici elektrik təchizatı və paylayıcı kanalların tikintisi üzrə 23 milyon 298 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına görə, "Bakelektro" ASC ilə "Azərbaycan rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması" (400 ədəd) obyekti tərkibində 356 subartezian quyusunun xarici elektrik təchizatının satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 8 milyon 888 min manatdır.
"Körpü-Bina-Tikinti" MMC ilə imzalanan ikinci müqavilə Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisini (II mərhələ) nəzərdə tutur. Müavilənin dəyəri – 14 milyon 410 min manatdır. **
B.Rüstəmbəyov