2020-ci ilin I yarısında vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi 15,7% - 2 milyard 518 milyon 936,6 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“I yarımillikdə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi 15,7% və ya 246 milyon 337,2 min manatadək artıb”, - deyə məlumatda bildirilir.
2020-ci il iyulun 1-nə dövlət büdcəsinə vergi borclarının məbləği 1 milyard 522 milyon 980,6 min manat (I yarımillikdə artım 14,9%) təşkil edir.
Beləliklə, iyulun əvvəlinə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi vergi ödəyicilərinin dövlət büdcəsinə vergi borclarının həcmini 65,4% üstələyir.*
Ə.Məmmədov