"Arash Medical Company" QSC Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) üzrə Səhiyyə Nazirliyinin podratçısı oldu.
www.tender.gov.az saytının məlumatına görə, "Arash Medical Company" ilə 5 milyon 538,476 min manat məbləğində müvafiq müqavilə imzalanıb.
135 çarpayılıq Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2012-ci ilin payızında başlanılıb. Üçmərtəbəli xəstəxana binası 4 ha sahəni əhatə edir. **
X.Nəsirzadə