Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu ərazisində qaz xəttində yanğın baş verdiyi barədə məlumat verib.
“İlkin məlumata əsasən,Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb”, - FHN-dən bildirilir.
Nazirlik digər təfərrüatlar barədə məlumat vermir.
Öz növbəsində SOCAR şirkətindən məlumat verilib ki, qəza saat 20:55 radələrində baş verib. “Qalmaz-Qazimməməd 2 xətt qaz kəmərinin 23-cü km-də qəza hadisəsi baş verib. Qaz kəməri 1975-ci ildə istismara verilib. Bu kəmər daxili paylama sistemində işləyir. Yanğının söndürülməsi üçün bütün tədbirlər görürülb, alov demək olar ki, söndürülüb.”, - şirkətdən qeyd olunub.
SOCAR-ın qiymətləndirmələrinə görə, bu hadisə Azərbaycanda qaz təchizatında problemlərə səbəb olmayacaq.
“İnsident nəticəsində xəsarət alan olmayıb”, - SOCAR-dan əlavə eiblər.
**
A.Əzizov