Azərbaycanda koronavirus infeksiyasına daha 105 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 33481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib.
“2,937 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,457 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 779,508 mindir.**
X.Nəsirzadə