Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər”, - məlumatda deyilir.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.**
X.Nəsirzadə