Azərbaycanda koronavirus infeksiyasına daha 87 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 33568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib.
“2,714 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,618 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 7895,126 mindir.**
X.Nəsirzadə