Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib və kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Kollegiyanın sədri müdafiə sənayesi naziri Yavər Camalovdur.
Kollegiyanın üzvləri müdafiə sənayesi nazirinin müavinləri, Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri, 4 şöbə müdiri, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru və “Şərq İstehsalat Birliyi” MMC-nin baş direktorudur.*
B.Rüstəmbəyov