Xarici işlər naziri Ceyhun Bayramov avqustun 11-də Türkiyəyə səfər edəcək.
“Səfər avqustun 11-də baş tutacaq. Bu, C. Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində C.Bayramov türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə ikitərəfli və regional məsələlər, eləcə də qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparacaq.*
N.Abbasova