Azərbaycanda koronavirus infeksiyasına daha 79 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 33647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib.
“2,513 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,015 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 790,141 mindir.*
X.Nəsirzadə