Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verir.
“Nümayəndə heyətlərinin arasında geniş tərkibli görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb”, - XİN-in mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində yazıb.
Məlumata əsasən, həmçinin nazirlər arasında təkbətək görüş keçirilib. **
X.Nəsirzadə