Azərbaycanda koronavirus infeksiyasına daha 84 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 33731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib.
“2,38 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,318 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 796,459 mindir.**
B.Rüstəmbəyov