Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana səfərə gələcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Avqustun 12-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir”, – deyə məlumatda bildirilir.
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri iyulun 29-da başlayıb.*
A.Əzizov