2020-ci ilin yanvar-iyul aylarında 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə 3,3 milyard manatdan çox vəsait ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyul aylarında ümumilikdə 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım ödənilib. Bu istiqamətdə ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çox olmaqla, 3 milyard 349 milyon manat vəsait ödənilib”, - deyə məlumatda bildirilir.
Pensiya ödənişinə 2 milyard 620 milyon manat (+23,92%), müavinət ödənişinə 607 milyon manat (+35,26%), ünvanlı sosial yardım ödənişinə 122,3 milyon manat (+54,45%) yönəldilib.*
X.Nəsirzadə