13.08.2020 16:37

Politoloq: Sevr müqaviləsini tanıyaraq, demək ki, Lozanna mqaviləsini inkar etməklə, Ermənistan Versal müqaviləsini inkar edən Hitler kimi hərəkət edir

Ermənistan rəhbərliyinin Sevr müqaviləsi ilə bağlı noltaljisi İrəvanın militarist planlarından xəbər verir və qonşu ölkələrə qarşı ərazi iddialarını sübut edir. Politoloq Fuad Axundov belə hesab edir.

“Ermənistan prezidenti Armen Sarkisyan bəyan edir ki, Sevr müqaviləsi – qanuni beynəlxalq və de fakto qüvvədə olan sənəddir. Ermənistanın baş naziri Nikol Paşinyan bu müqaviləni tarixi fakt hesab edir və guya o sənəd Ermənistan dövlətçiliyinin bərpasına doğru yolu əks etdirir. Lakin Ermənistanın hazırki rəhbərliyi nə üçünsə unudur ki, bu sənəd kağız parçasıdır, çünki qüvvəyə minməyib. Hətta, 1921-ci ildə Moskva müqaviləsi, 1923-cü ildə isə Lozanna müqaviləsi imzalanıb və həmin sənədlər Sevr müqaviləsini faktiki olaraq yox etdi”, - Axundov “İnterfaks-Azərbaycan”a bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərlərinin daima Sevr müqaviləsini xatırlamaları faktı başlıca olaraq qonşu ölkələrə ərazi iddiaları üçün hansısa qanuni əsasa malik olmaq məqsədi güdür.

Axundov qeyd edib ki, Sevr müqaviləsini şişirtməklə, demək ki, Lozanna müqaviləsini qəbul etməməklə, Ermənistan hökuməti faktiki olaraq Versal müqaviləsini tanımayan və Almaniyanın qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən Adolf Hitlerin yolunu davam edir.

“Nasist Almaniyası Birinci Dünya müharibəsinin yekunları üzrə Versal müqaviləsini tanımırdı və nəticədə Hitler 1935-ci ildə birtərəfli qaydada bu müqavilədən çıxaraq hərbi potensialı artırılması üzrə kampaniyaya və müharibəyə hazırlığa başladı. Bunun hansı nəticələrə gətirdiyini biz hamımız bilirik. Ermənistan hakimiyyəti də Lozanna müqaviləsini tanımaqdan boyun qaçıraraq və daima Sevr müqaviləsini xatırlatmaqla eyni hərəkəti edir. Bununla da bəzi paralellər çəkmək olar. Sevr müqaviləsini xatırlamaqla Ermənistan bütün ərazi iddiaları və hərəkətlərinin, o cümlədən Azərbaycana qarşı hərbi hərəkətlərinin qanuniliyini nümayiş etdirmək istəyir. Biz bu gün bunu Ermənistanın Azərbaycan, Türkiyə və Gürcüstana qarşı daimi ərazi iddiaları fonunda görürük”, - politoloq vurğulayıb.

Axundov əlavə edib ki, Sevr müqaviləsinin əhəmiyyətini şişirtməklə Ermənistan hakimiyyəti nasizmin qəhrmanlaşdırılması siyasətini də davam etdirir. “Bu gün Ermənistanda Njde və Dro kimi nasist tərəfdarlar qəhrəmanlaşdırılır və bu cür siyasət dövlət səviyyəsindədir. İrəvanın mərkəzində Njdeyə abidə ucaldılıb və dünya birliyinin həmin abidəni sökməklə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, həmin Paşinyan bu faşisti müdafiə edir, onun əməllərini bütün vasitələrlə ört-basdır edir və qəhrəman adlandırır”, - politoloq bildirib.

Axundov Ermənistan rəhbərlərini nəhayət iradə nümayiş etdirərək böyüklük iddiasından, millətçilik siyasətindən, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyə və onlarla normal münasibətlər qurmağa çağırıb. “Əks təqdirdə, Ermənistan rəhbərlərini Hitler və onun nasist Almaniyasının taleyi gözləyir”, - politoloq əlavə edib. **

A.Əzizov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.