Azərbaycanda koronavirus infeksiyasına daha 91 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 33917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib.
“2,146 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,52 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 812,033 mindir.**
X.Nəsirzadə