"Ukroboronprom" Dövlət Konserni xüsusi ixracatçı müəssisələrin - "Spetstexnoeksport”, "Ukrspetseksport", "Ukrinmaş", "Proqress" və “Ukroboronservis”in 2020-ci ilin birinci yarısı üzrə fəaliyyətinin nəticələrinə yekun vurub.
"I yarımillikdə konsernin xüsusi ixracatçı-müəssisələri tərəfindən xarici dövlətlərə silah və hərbi texnika ixracının ümumi həcmi $145 milyona yaxın təşkil edib. Pandemiyaya baxmayaraq, xüsusi ixracatçıların fəal işi 36 ölkə ilə $142 milyon dəyərində 140-a yaxın ixrac müqaviləsi bağlamağa imkan verib. Bu dövr ərzində $154 milyon dəyərində idxal-ixrac müqavilələri bağlanıb”, - deyə "Ukroboronprom” konserninin mətbuat xidmətinin məlumatında qeyd olunur.
Ukrayna məhsullarının əsas idxalçılarının ilk onluğuna Çin, Türkiyə, Pakistan, Hindistan, İordaniya, Vyetnam, Azərbaycan, Əlcəzair, Mərakeş və Efiopiya daxildir. Bu ölkələrin ixrac payı 85% təşkil edib.*