Azərbaycanda koronavirus infeksiyasına daha 103 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 34,018 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 min 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib.
“2 min 24 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,969 min, hazırkı dövrədək isə 820 min 2 test aparılıb.*
X.Nəsirzadə