Bu gün xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Cuniçi Vadanı qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
C.Vada etimadnaməsinin surətini C.Bayramova təqdim edib.
“Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub. Xüsusilə siyasi, iqtisadi, mədəni, turizm, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Nazir C.Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiya səfirinə məlum verərək, bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov