"SOCAR Methanol" MMC 2020-ci ilin yanvar-iyul aylarında 285,8 min ton metanol istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-iyul aylarında "SOCAR Methanol" 285,8 min ton metanol istehsal edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 26% çoxdur. Avqustun 1-nə müəssisənin anbarında 34,8 min ton hazır məhsul olub”, - DSK-dan bildirilir.
Öz növbəsində, Dövlət Gömrük Komitəsi məlumat verib ki, yanvar-iyul aylarında $25 milyon 390,32 min məbləğində 253 min 903,15 ton metanol ixrac edib. Həmçinin, hesabat dövründə ümumi ixrac həcmində metanolun payı 0,28%, qeyri-neft ixracı strukturunda – 2,45% təşkil edib.
“Yanvar-iyul aylarında Azərbaycandan bütün kimya məhsullarının ixracının 78,8%-i metanol ixracının payına düşün. Bu həcm $46 milyon 549,11 min dəyərində 322 min 227,7 ton təşkil edib”, - DGK-dan qeyd ediblər.
2019-cu ildə Metanol zavodunda 383 min ton metanol istehsal edilib.
Şirkət 2020-ci ildə metanol istehsalını təxminən 480 min ton həcmində proqnozlaşdırır.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-yə verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.**
N.Abbasova