2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 426,7 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 milyon 877 min ton sement (azalma 2,7%), 17,1 min ton tikinti əhəngi (azalma 37,6%), 27,6 min ton sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri (azalma 56,7%) istehsal olunub.
Yanvar-iyul aylarında emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 38,6% - 13,25 min tonadək, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6% - 19,8 min kubmetrədək, asfalt istehsalı 44,8% - 90,6 min tonadək azalıb.
Bu dövrdə tikinti gipsi istehsalı 2,3 dəfə - 10,7 min tonadək, tikinti kərpici istehsalı 19,7% - 290,9 min kubmetrədək, hazır beton qarışığı istehsalı 6,5% - 1 milyon tonadək artıb.*
B.Rüstəmbəyov