2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılar 383,3 milyon manat ümumi məbləğdə (cari məzənnə ilə $225,5 milyon – İF) əczaçılıq məhsulları və tibbi vasitələr alıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilir.
“2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 1,8% və ya 383,3 milyon manat təşkil edib”, - DSK-dan bildirilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 38,2% artıb.
Azərbaycan daxilində əczaçılıq məhsullarının satışının artımı COVİD-19 koronavirus infeksiyası ilə əlaqədardır.
Həmçinin, DSK-dan bildirilir ki, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 7,8 dəfə artaraq 2,7 milyon manat təşkil edib.
Ötən il Azərbaycanda 3,1 milyon manat məbləğində əczaçılıq məhsullarının istehsalı olunub (artım 20,6%). **
N.Abbasova