Azərbaycan Mərkəzi Bankı (AMB) Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Ani Ödənişlər Sisteminin arxitekturasında istifadə olunan "Oracle VBİS" lisenziyalarının dəstəklənməsi xidmətinin tədarükçüsünü müəyyən edib.
AMB-nin məlumatına görə, tenderin qalibi “GT Solutions” şirkətidir. Şirkətlə 797,038 min manatlıq müqavilə bağlanıb.
Ani Ödənişlər Sistemi fiziki və hüquqi şəxslərə 7/24/365 rejimində əməliyyatlar həyata keçirməyə imkan verəcək. Sistemin yaradılması ilə İsveçrənin «CMA Small Systems AB» şirkəti məşğul olur.*
Ə.Məmmədov