Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov növbəti dəfə ermənilərin, bu dəfə Krım ermənilərinin hücumu ilə üzləşib.
“Avqustun 20-də RusiyaDİN-inTula vilayəti üzrə İdarəsinin Ekstremizmə qarşı mübarizə Mərkəzinin iki nəzakətli əməkdaşlarının ziyarəti məni çox sevindirdi. Bu marağa səbəb Krımın Erməni milli icmasının bəyanatı idi. Həmin bəyanatda qeyd olunurdu ki, mən növbəti, deyəsən səkkizinci dəfə millətlərarası ədavət yaratmaqda ittiham olunuram”, - Kuznetsov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, 1941-ci ilin noyabr ayında İrəvanda formalaşdırılan və 1944-cü ildə (təkrar formalaşdırıldıqdan sonra) Krımı qəhrəmancasına azad edən fəhlə-kəndliqirmizi ordunun 89-cü piyada diviziyası 1942-ci ilin oktyabr ayında Malqobek ətrafında və 1943-cü ilin fevral ayında Tuapse ətrafında vermaxt tərəfindən darmadağın olunması, həm də bu dağıdılmanın hər biri kütləvi əsirliyə verilmə və döyüş meydanından qaçış ilə müşayiət olunması ilə əlaqədar 2019-cu ilin yayında dərc edilən məqaləm ermənilərin xoşuna gəlməyib.
“İzahat verməli oldum. Təəccüblü olsa belə, izahat üçün protokolun bir səhifəsi kifayət etdi. Məlum oldu ki, hamı hər şeyi bilir, hamı hər şeyə gülür, lakin xidmət qayda tələb edir...”, - o qeyd edib.
Kuznetsov əlavə edib ki, hüquq-mühafizə orqanlarının nümayəndələri qeyd ediblər ki, bəyanat daxil olub (onların strukturu üçün son 6 il ərzindəı sayca üçüncü - İF). “Erməni ictimaiyyətçilərinin mənimlə münaqişələri barədə onların məlumatı var, onların sorğusuna əsasən Rusiyanın Federal Təhlükəsizlik Bürosunun ərazi idarəsi məni müsbət xarakterizə edib, ekstremizmin mövcudluğu və ya olmaması ilə bağlı mətnin ekspertizası öncədən həyata keçirilib, nəticə mənfidir (yəni mənim xeyrimə), bu səbəbdən mən izahat verməliyəm (qayda budur) ki, onlar ərizəçilərə rədd cavabı versinlər. Heç kəs məni məsuliyətə cəlb etmək niyyətində də deyildi, sırf formal xarakterli hərəkətlər icra olunurdu. Sadəcə mən tərəfdən boş yerə sərf etdiyim zamana heyfim gəlir”, - tarixçi yekun vurub. **
A.Əzizov