Azərbaycanda koronavirus infeksiyasına daha 152 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 35,426 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 519 nəfərə çatıb.
Virusa yoluxmuş 33,104 min nəfər (sutka ərzində +111) müalicə olunaraq sağalıb.
“1,803 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4,89 min, hazırkı dövrədək isə 878,667 min test aparılıb.*
B.Rüstəmbəyov