Azərbaycanda ötən gün ərzində daha 133 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxanların ümumi sayı 35,559 minə çatıb. Bu barədə çərşənbə axşamı Operativ Qərargahdan məlumat verilib.
Məlumata əsasən, sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda bu infeksiyadan vəfat edənlərin ümumi sayı isə 521 nəfərə çatıb.
Koronavirus infeksiyasından sağalanaların sayı isə 33,190 min nəfərə çatıb.
Hazırda 1,848 min nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.
Azərbaycanda ötən sutka ərzində tibb işçiləri tərəfindən 6,612 min test aparılıb. Ötən müddət ərzində isə ölkədə 885 min 279 test aparılıb. **
N.Abbasova