SOCAR şikəti 26-27 iyul tarixlərində Belarusa yeni partiya Azərbaycan nefti göndərməyi planlaşdırır.
"Bir neçə həftə öncə Belneftexim ilə 26-27 avqust tarixlərində 93-94 min ton Azərbaycan nefti ilə bir tankerin satışı razılaşdırılıb və göndərilməsi planlaşdırılır ", - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib.
O bildirib ki, tanker Türkiyədə Ceyhan limanından Belarusa göndəriləcək.
Xəbər verildiyi kimi, “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusun “Belneftexim” konserni üçün Mozır neft emalı zavoduna ümumi həcmi 350 min tona yaxın 4 partiya neft (mart ayında təxminən 250 min ton həcmində 3 partiya, aprel ayında 85 min ton həcmində 1 partiya) göndərilib.
İyunda SOCAR Supsa limanından Mozır neft emalı zavoduna 85 min ton neft yola salıb.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.**
N.Abbasova