RF və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, regional və beynəlxalq gündəliyin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər.
Ötən gün Rusiya XİN-də qeyd ediblər ki, bu səfər "Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində" nəzərdən keçirilir.
Bildirilib ki, Rusiya artıq 20 ildən çoxdur "Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi çıxış edir".
"Xalqlarımızın coğrafi yaxınlığı və ümumi tarixi nəzərə alınmaqla bu münaqişənin həlli bizim üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım edilməsi Rusiyanın xarici siyasi prioritetlərinə aiddir", - deyə Rusiya XİN-in şərhində bildirilir.
Bundan başqa, Bayramovun RF Hökumətinin sədr müavini Aleksey Overçuk və Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşləri planlaşdırılıb.*