26.08.2020 18:06

Azərbaycanda 148 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına daha 148 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 35,707 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 522 nəfərə çatıb.

Virusa yoluxmuş 33,281 min nəfər (sutka ərzində +91) müalicə olunaraq sağalıb.

“1,904 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,791 min, hazırkı dövrədək isə 892,07 min test aparılıb.*

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.