Azərbaycanda ötən gün ərzində daha 137 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxanların ümumi sayı 35,844 minə çatıb. Bu barədə çərşənbə axşamı Operativ Qərargahdan məlumat verilib.
Məlumata əsasən, sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda bu infeksiyadan vəfat edənlərin ümumi sayı isə 524 nəfərə çatıb.
Koronavirus infeksiyasından sağalanaların sayı isə 33,364 min nəfərə çatıb.
Hazırda 1,956 min nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.
Azərbaycanda ötən sutka ərzində tibb işçiləri tərəfindən 6,422 min test aparılıb. Ötən müddət ərzində isə ölkədə 898 min 492 test aparılıb. **
B.Rüstəmbəyov