Qazaxıstanın energetika naziri Nurlan Noqayev Azərbaycanın energetika naziri Pərviz Şahbazovla videokonfrans keçirib, tərəflər iki ölkənin OPEC+ çərçivəsində həyata keçirilən işləri müzakirə ediblər. Bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat verir.
“Bu günə OPEC+ sazişi iştirakçılarının həyata keçirdikləri tədbirlər hesabına neftin qiymətinin dəyişməsi və təklif və tələbat arasında balansın bərpası üzrə müsbət dinamika müşahidə olunur”, - cümə axşamı yayılan məlumatda deyilir.
Həmçinin ticarət-iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın keçiriləcək iclasına hazırlıq məsələləri müzakirə olunub.
“Tərəflər koronavirus pandemiyası səbəbindən Komissiyanın cari ilin oktyabr ayında videokonfrans formatında iclasının keçirilməsinə dair razılaşıblar”, - Qazaxıstan Energetika Nazirliyindən məlumat verilib. **