2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 302,7 milyon manatlıq ($178,05 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə əməliyyatların həcmi 58,3% azalıb.
Cari ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 82,9% azdır. Xarici vətəndaşlar 2020-ci ilin iyun ayı ilə müqayisədə iyul ayında bank kartları vasitəsilə 0,7 milyon manat az əməliyyat aparıblar.
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana 618,3 min turist gəlib ki, bu da ötən ilin 7 ayının göstəricisindən 2,9 dəfə azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
B.Rüstəmbəyov