Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Quba rayonunda avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 22 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündən ayrılacaq.
Quba–Qonaqkənd avtomobil yolu altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirir. **
Ə.Məmmədov