Azərbaycanda ötən gün ərzində daha 143 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxanların ümumi sayı 36,578 minə çatıb. Bu barədə çərşənbə axşamı Operativ Qərargahdan məlumat verilib.
Məlumata əsasən, sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda bu infeksiyadan vəfat edənlərin ümumi sayı isə 536 nəfərə çatıb.
Koronavirus infeksiyasından sağalanaların sayı isə 33,977 min nəfərə çatıb.
Hazırda 2 min 65 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.
Azərbaycanda ötən sutka ərzində tibb işçiləri tərəfindən 6,597 min test aparılıb. Ötən müddət ərzində isə ölkədə 928,666 min test aparılıb. **
X.Nəsirzadə