07.09.2020 10:47

Azərbaycan prezidenti Bakıda əsaslı təmirdən sonra orta məktəbin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakının Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

Dövlət başçısının saytının məlumatına görə, prezidentə məktəbdə yaradılan şərait barədə məlumat verildi. Qeyd olundu ki, yeni korpus 840 şagird yerlikdir.

Məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır.**

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.