Neft sektoru COVİD-19 pandemiyası və neftin qiymətinin bir il əvvələ nisbətən daha aşağı olduğu şəraitdə, əvvəlki kimi, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin və ticarət balansının müsbət saldosunun formalaşmasında aparıcı rol oynayır.
2020-ci ilin birinci yarısının yekunları üzrə ixracın strukturunda əsas həcm neft-qaz sektorunun məhsullarının payına düşüb (88,14%). Həmçinin, Azərbaycanın bütün ixracının 69,47%-i neft ixracının payına düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2020-ci ilin birinci yarısında Azərbaycandan $5 mlrd. 339 mln. 488,25 min məbləğində bəyan edilmiş neft ixracı 15 mln. 343 min 452,45 ton təşkil edib. 2019-cu ilin analoji dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi 3,1% azalıb. Dəyər ifadəsində azalma 30,4% təşkil edib. Bu rəqəmlərdən göründüyü kimi, birinci yarımillikdə koronavirus pandemiyası və neftin qiymətinin ucuzlaşması Azərbaycanın neft ixracından gəlirlərinə güclü təsir göstərib.
“İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan neftinin ixrac coğrafiyasını diqqətlə izləməyə davam edir, çünki nəinki ökənin ümumi neft ixracının həcmi və əldə olunan gəlir, həm də Azərbaycandan neft alıcılar olan ölkələr maraq kəsb edir.
Rəsmi mənbələrdən əldə olunan 2020-ci ilin yarısının təhlili göstərir ki, Azərbaycanın “qara qızılı” əsasən Avropa və Asiya ölkələrə ixrac olunub. Azərbaycan neftininn alıcıları siyahısında aşağıdakı ölkələr yer alır: Rusiya (çox az həcmdə - İF), Ukrayna, Almaniya, Avstraliya, Çexiya, Vyetnam, Yunanıstan, Avstriya, Xorvatiya, Türkiyə, İtaliya, İspaniya, Fransa, Çin, İsrail, Portuqaliya.
Eyni zamanda, Azərbaycandan neft idxalının həcmi üzrə lider ölkə, əvvəl olduğu kimi $2 milyard 440 milyon 415,56 min dəyərində neft alan İtaliya qalıb. Ümumilikdə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın neft ixracının 38,8%-i İtaliyanın payına düşüb. Cari ilin birinci yarısının yekunları üzrə Azərbaycan neftinin aparıcı idxalçılarının TOP-3-nə İtaliyadan başqa, Çin və Xorvatiya daxil olub. Həm də Xorvatiya ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan neft idxalını, Yunanıstanın üçüncü yerdən kənarlaşdıraraq, 3,3 dəfə artırıb.
Çin, 2020-ci ilin ikinci rübündə COVİD-19 səbəbindən karantin tədbirlərindən sonra öz iqtisadiyyatını tədricən canlandırdığına görə, irinci rüb iləmüqayisədə Azərbaycandan neft alışını 10 dəfə artırıb (!!!). 2020-ci ilin birinci yarısının yekunları üzrə Çin Azərbaycanın “qara qızılı”nın əsas alıcılarının reytinqində ikinci yerdə qərarlaşıb.
Yanvar-iyun aylarında Yunanıstan və Vyetnam Azərbaycandan neft alışını 4 dəfə, Ukrayna – 2 dəfədən çox artırıb.
Həmçinin, koronavirus pandemiyası və tətbiq olunan karantin tədbirlərinə görə neftə tələbatın azalması səsbəbindən yalnız cari ilin ikinci rübündə Azərbaycandan neft idxalında İsrail, cari ilin yarısı ərzində isə - Hindistan, Çexiya və Qərbi Avropa ölkələri mühüm dərəcədə azalma nümayiş etdiriblər.
2020-ci ilin birinci yarısının yekunları üzrə Azərbaycandan neft tədarükündə daha çox azalma Almaniya (4 dəfədən çox), İspaniya (2,4 dəfə) və Fransa (3,1 dəfə) üzrə qeydə alınıb.
2020-ci ilin birinci yarısında Azərbaycan neftinin idxalçıları siyahısından Kanada və Böyük Britaniya çıxıb.
Həmçinin, 2020-ci ilin ikinci rübündə alıcılar siyahısına cari ilin birinci rübündə Azərbaycan neftini almayan Tayvan və Tayland “qayıdıblar”.
Bundan əlavə, cari ildə Azərbaycan nefti alıcılarının sirasına $56,5 milyon dəyərində neft alan Belarus, həmçinin Malayziya və Danimarka daxil olub. Görünür, üçüncü rübün yekunları üzrə Azərbaycan neftinin ixrac və həcmi ilə əlaqədar coğrafiya müəyyən dəyişikliklərə məruz qalacaq. Səbəb ölkələr arasında aviareyslər və avtomobil daşımalarınının bərpasıdır, bu da qaçılmaz olaraq, yanacağa tələbatın artımına gətirəcək.
Azərbaycan neftinin əsas idxalçılarının siyahısı aşağıda verilmişdir:
2020-ci ilin birinci yarısında də ölkələr üzrə neft ixracına dair məlumatlar
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə |
||||
Ölkə |
Həcm (ton) |
Dəyər (min) |
Həcm |
Dəyər |
İtaliya |
5 959 479,7 |
$2 440 415,56 |
+5,2% |
-11,3% |
Çin |
1 392. 236,2 |
$217 978,26 |
+6,2% |
-3,1 dəfə |
Xorvatiya |
852 657,86 |
$242 930,99 |
+3,3 dəfə |
+80,6% |
İsrail |
809 101,69 |
$324 744,05 |
-29,1% |
-40,4% |
Hindistan |
773 700,11 |
$282 904,89 |
-37,9% |
-54,7% |
Ukrayna |
764 528,86 |
$202 127,48 |
+ 2,3 dəfə |
+27,5% |
Yunanıstan |
609361,33 |
$233215,97 |
+3,6 dəfə |
+3,1 dəfə |
Vyetnam |
518 793 |
$132 705,95 |
+3,7 dəfə |
+2,3 dəfə |
Çexiya |
396193,27 |
$158827,24 |
-41,6% |
-52,1% |
İspaniya |
374887,06 |
$128740,86 |
-2,4 dəfə |
-3,3 dəfə |
Portuqaliya |
343829,88 |
$130725,17 |
-23,9% |
-38,5% |
Türkiyə |
320478,39 |
$131198,92 |
-9% |
-13,1% |
Tunis |
308861,91 |
$142623,59 |
- |
- |
Almaniya |
281 481,43 |
$106505,06 |
-4,1 dəfə |
-5,2 dəfə |
Belarus |
273 640,86 |
$56 556,09 |
- |
- |
Avstriya |
270845,84 |
$103005,84 |
+0,02% |
-12,3% |
Tayland |
265741,14 |
$47317,45 |
+12,8% |
-2,5 dəfə |
Malayziya |
239033,99 |
$59 918,34 |
- |
- |
Danimarka |
190825,79 |
$49569,3 |
- |
- |
Fransa |
173899,32 |
$52943,03 |
-3,1 dəfə |
-4,8 dəfə |
N.Abbasova