Azərbaycan prezidenti İlham Əliyev İranla üçtərəfli əməkdaşlıq formatını uğurlu olduğunu qeyd edir.
“Bizim ölkələrimiz, eyni zamanda, xarici siyasət istiqamətində üçtərəfli əməkdaşlıq formatlarında da fəal iştirak edir. Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu format çox səmərəlidir», - Əliyev bazar ertəsi Bakıda İranın yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirib.
Prezidentin rəyinə görə, qonşu ölkələr arasındakı əlaqələr və bu əlaqələrin inkişafı bölgədə sabitliyin, sülhün təminatçısıdır. “Xəzər dənizinin hüquqi statusunun, nəhayət, öz həllini tapması bütün Xəzəryanı ölkələrin niyyətini göstərir, bizim siyasətimizi göstərir və bu ölkələr arasındakı dostluğu göstərir.
Əliyev əlavə edib ki, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verməkdə davam edəcək. **