10.09.2020 10:41

Belarus Azərbaycana ixracın həcmini artırmağı planlaşdırır

Belarusun iş adamları Azərbaycana ixrac fəaliyyətini genişləndirmək niyyətindədir.

Belarus KİV-in məlumatına görə, sentyabrın 9-da Bakıda Azərbaycanın baş nazirinin birinci müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət- iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Yaqub Eyyubovun Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç ilə görüşü olub.

"Görüş zamanı tərəflər Belarus məhsullarının Azərbaycan bazarına tədarükünün artırılması və bir sıra qarşılıqlı faydalı layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər", - deyə məlumatda qeyd olunur.

Bundan başqa, müxtəlif sahələrdə, ilk növbədə, ticarət-iqtisadi sahədə Belarus-Azərbaycan əməkdaşlığının digər inkişaf imkanları da nəzərdən keçirilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Belarusa ixrac $66,8 milyon, Belarusdan idxal isə $64,1 milyon təşkil edib.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.