Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 2 milyard 645 milyon 300,7 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-avqust aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 873 milyon 356 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə köçürmələr 7,9% azalıb.
Bu dövrdə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 883 milyon 573,7 min manat, aksizlər üzrə 89 milyon 906,9 min manat, yol vergisi üzrə 24 milyon 138,8 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 647 milyon 681,3 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 830 milyon manat təşkil edir.*
Ə.Məmmədov