Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirin Bakıdakı səfiri Adel İbrahimi ilə görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib.
“Həmsöhbətlər görüş zamanı iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, pandemiyadan sonra birbaşa uçuş reyslərinin bərpası və digər məsələlər ətrafında fikir mübadiləsi apardılar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndiriməsi üçün böyük potensialın olduğunu qeyd etdilər”, - XİN-dən məlumat verilir.
Adel İbrahim nazir Ceyhun Bayramovu Misirə rəsmi səfərə dəvət etdi. **