Hiidi Həmid İndoneziyanın Azərbaycanda səfiri təyin olunub. Bu barədə “CNN İndonesia” məlumat yayıb.
Nəşrin məlumatına görə, İndoneziya prezidenti Coko Vidodo 20 ölkəyə, o cümlədən Azərbaycana yeni səfirlər təyin edib.
H.Həmid 2016-cı ilin aprel ayından İndoneziyanın Bakıdakı diplomatik missiyasına rəhbərlik edən Hüsnan Bəy Fananini (Husnan Bey Fananie) əvəz edəcək.*
A.Əhmədova