Azərbaycan Turizm Assosiasiyası (AZTA)25 ölkədə ofis açmağı planlaşdırır.
“Bu ofislərin məqsədi turizm əlaqələrinin gələcəkdə genişləndirilməsinə imkan yaratmaqdır. Azərbaycanın turizm potensialını həmin ölkələrdə təbliğ və təşviqini həyata keçirməklə gələcəkdə Azərbaycana daha çox turist cəlb etmək və gəlmə turizmini inkişaf etdirmək üçün səmərəli fəaliyyət təşkil olunacaq”, - AZTA-nın məlumatında qeyd olunur.
Assosiasiya vurğulayır ki, şimal-şərq, şimal-qərb, qərb və cənub regionlarında beş yeni nümayəndəlik açıb. Assosiasiyanın rəyinə görə, yeni ofislər yerləşdikləri bölgələrdəki turizm potensialının daha yaxşı öyrənilməsi və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına imkan yaradacaq.
“Turizm potensialının öyrənilməsi və təşviqi ilə yanaşı, AZTA yerli əhalinin mikro və kiçik sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə, regionlarda məşğulluq prosesinə də öz töhfəsini verəcək. Xüsusilə, kənd yaşıl turizmi və aqrar turizmin inkişafı üçün böyük imkanlar yaranacaq”, - AZTA təsdiq edir. **
X.Nəsirzadə