2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 401,5 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 15 milyard 954,7 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 7,7%), xərcləri 16 milyard 356,2 milyon manat (artım 11,2%) təşkil edib.
Yanvar-avqust aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 45 milyard 962,5 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin profisiti ÜDM-nin 0,9%-ni təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-nin 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
X.Nəsirzadə