2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana 434,6 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 33,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $94 milyon 37,4 min (azalma 35,5%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $64 milyon 771 min dəyərində (azalma 5,3%) 189,8 min ton şəkər xammalı və şəkər (artım 4%), $73 milyon 176,6 min dəyərində (artım 19,3%) 84,238 min ton bitki yağı (artım 3,9%), $34 milyon 59,3 min dəyərində (artım 18,5%) 8,403 min ton çay (artım 13,9%), $50 milyon 957,3 min dəyərində (artım 36,6%) 10,3 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 37,7%) idxal edilib.
Yanvar-iyul aylarında respublikaya $23 milyon 642,4 min dəyərində (artım 40,9%) 6,296 min ton iribuynuzlu heyvan əti (artım 18,8%), $22 milyon 543,3 min dəyərində (azalma 1,1%) 19,644 min ton quş əti və quş əti məhsulları (azalma 4,7%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $74 milyon 729,1 min dəyərində (artım 3,3%) 81,111 min ton meyvə (artım 14,5%), $11 milyon 119,8 min dəyərində (artım 33%) 20,624 min ton tərəvəz (artım 27,5%), $24 milyon 853,9 min dəyərində (artım 3,7%) 91,12 min ton kartof (azalma 0,8%) idxal edilib.
7 ay ərzində ölkədən $179 milyon 45,3 min dəyərində (artım 14,2%) 178,4 min ton tərəvəz (artım 6%), $144 milyon 970,2 min dəyərində (azalma 9,3%) 91,726 min ton meyvə (azalma 18,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $9 milyon 320,3 min dəyərində (azalma 43,6%) 22,781 min ton şəkər (azalma 40%), $6 milyon 558,7 min dəyərində (artım 1,6 dəfə) 7,661 min ton bitki yağı (artım 1,7 dəfə) ixrac edilib.
Cari ilin yanvar-iyul aylarında Azərbaycan $9 milyon 586,7 min dəyərində (аrtım 38,9%) 6,77 min ton meyvə və tərəvəz şirələri (artım 9,9%), $1 milyon 895,2 min dəyərində (azalma 51,1%) 126,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 57,4%), $4 milyon 738,9 min dəyərində (аrtım 4,3%) 3,785 min ton meyvə və tərəvəz konservləri (artım 5,1%), $6 milyon 26,6 min dəyərində (azalma 19,1%) 2,527 min ton tütün (azalma 25,8%) ixrac edib.*
N.Abbasova