2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 497,3 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 milyon 189,7 min ton sement (azalma 1,6%), 20,8 min ton tikinti əhəngi (azalma 33,8%), 29,1 min ton sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri (azalma 57,1%) istehsal olunub.
Yanvar-avqust aylarında emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 35,6% - 16,34 min tonadək, betondan yığma tikinti konstruksiyalarının istehsalı 24,7% - 22 min kubmetrədək, asfalt istehsalı 46,2% - 111,2 min tonadək azalıb.
Bu dövrdə tikinti gipsi istehsalı 2 dəfə - 13 min tonadək, tikinti kərpici istehsalı 26,3% - 339 min kubmetrədək, hazır beton qarışığı istehsalı 9,6% - 1 milyon 202,7 min tonadək artıb.*
X.Nəsirzadə