16.09.2020 17:15

Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri idman sahəsində seleksiya üzrə baş mütəxəssislər adlandırılacaqlar

Azərbaycanda Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri idman sahəsində seleksiya üzrə baş mütəxəssislər adlandırılacaqlar.

Bu qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub.

Sözügedən dəyişiklik seleksiya üzrə baş mütəxəssisin daha geniş səlahiyyət dairəsinə malik olması ilə şərtlənib.

Qərara əsasən, seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manat məbləğində müəyyən edilib.

Bu Qərar 2020-ci il sentyabrın 1-dən qüvvəyə minib.*

R.Əhmədov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.