Azərbaycan prezidenti İlham Əliyev Yoşihide Suqayı Yaponiyanın baş naziri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.
“Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik”, - Əliyevin təbrik məktubunda qeyd olunur.
Azərbaycan prezidenti Yaponiyanın baş nazirinə cansağlığı, xoşbəxtlik, fəaliyyətində uğurlar diləyib.
Suqa baş nazir vəzifəsinə seçilmədən öncə Yaponiya Nazirlər Kabinetinin baş katibi vəzifəsini tutub. **
A.Əzizov