Türkiyənin "Oruç Reis" tədqiqat gəmisi təmir işlərindən sonra Şərqi Aralıq dənizində geoloji-kəşfiyyat fəaliyyətini tezliklə davam etdirəcək. Bu barədə bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
““Oruç Reis” gəmisi təmir işləri başa çatdıqdan sonra tezliklə qarşıya qoyulmuş tapşırığın icrasına qayıdacaq", - deyə Ərdoğan jurnalistlərə bildirib.
Son aylarda Şərqi Aralıq dənizi regionunda vəziyyət daha da gərginləşib. Səbəb Ankaranın bu ərazidə fəal şəkildə geoloji-kəşfiyyat işləri həyata keçirməsidir. Karbohidrogen yataqlarının axtarışı ilə "Oruç Reis" tədqiqat gəmisi məşğul olur.*