Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə xüsusi toplanışlara çağırır. Bu barədə Dövlət Xidmətindənməlumat verilir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar”, - məlumatda qeyd olunur.
Həmçinin Dövlət Xidməti dəqiqləşdirir ki, ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılır. **
X.Nəsirzadə